“Barselona”nın sabiq futbolçusu karyerasını bitirdi
“Barselona”nın sabiq futbolçusu Maksi Lopes karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 37 yaşlı keçmiş hücumçu özü açıqlama verib. O, futbolçu karyerasını sonlandırdığını bildirib.
2005-2007-ci illərdə “Barselona”da çıxış edən Lopes, müxtəlif vaxtlarda İtaliyada “Kataniya”, “Milan”, “Sampdoriya”, “Torino”, “Kyevo”, “Udineze”, “Krotone”, Rusiyada “Spartak” kimi klublarda top qovub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin