“Barselona”nın sabiq futbolçusu klubsuz qaldı
“Barselona”nın sabiq hücumçusu Boyan Krkiç Yaponiyanın “Vissel Kobe” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 32 yaşlı ispan futbolçunun klubla müqaviləsinin müddəti bitib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Yaponlar onunla müqaviləni yenilənmək istəməyiblər. Bu üzdən də hazırda o, azad agentdir.
Krkic son iki ildə “Vissel Kobe”də Andres İnyesta ilə komanda yoldaşı olub.
Krkiç “Barselona”, “Roma”, “Milan”, “Ayaks”, “Stok Siti” və digər klublarda da çıxış edib. O, “Barselona”nın əsas komandasında 104 oyun keçirib və 26 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin