“Barselona”nın sabiq futbolçusu 31 yaşında karyerasını bitirdi

2018-ci ilin dünya çempionu və “Barselona”nın sabiq müdafiəçisi Samuel Umtiti 31 yaşında futbolla vidalaşdığını açıqlayıb.

Komanda.az xəbər verir ki, fransalı futbolçu şəxsi sosial şəbəkə hesabında bunu yazıb:

“İntensiv karyeradan, yüksəlişlər və enişlər yaşadıqdan sonra vidalaşmağın vaxtı gəldi. Mən bu idmana verə biləcəyim hər şeyi verdim. Çıxış etdiyim bütün klublara, məşqçilərə və komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm”.

Umtiti “Barselona”da 6 il çıxış etsə də, zədələr səbəbindən meydanda demək olar ki, görünməyib və uzun müddət klubdan ayrıla bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button