Raykardın Niderland millisinə “yox” deməsinin səbəbi bilindi
“Barselona”nın sabiq çalışdırıcısı Frank Raykard Niderland milli komandasında baş məşqçilik etmək istəməyib.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Niderland yığmasının çalışdırıcısı Ronald Kumanın “Barselona”ya getməsindən sonra yerli federasiya baş məşqçilik üçün Raykarda təklif göndərib. Ancaq 57 yaşlı mütəxəssisin cavabı “yox” olub.
Raykard yenidən baş məşqçilik etmək istəmədiyini bildirərək, Niderland yığmasından gələn təklifi rədd edib.
Raykard 1998-2000-ci illərdə Niderland yığmasını çalışdırıb. O, “Barselona”, “Qalatasaray” kimi klublarda da baş məşqçilik edib. Niderlandlı mütəxəssis son olaraq 2011-2013-cü illərdə Səudiyyə Ərəbistanı yğmasında işləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin