“Barselona” niderlandlı futbolçudan qurtulmaq istəyir
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubla müqaviləni yeniləmək niyyətində deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu maaşının azaldılmasına razı deyil. “Barselona” De Yonqu transfer bazarına çıxarmaq istəyir, lakin illik 30 milyon avrodan çox maaş aldığı üçün ondan qurtulmaq çətin olacaq.
De Yonq hazırda yayın əvvəlində aldığı zədəsini sağaldır. 27 yaşlı futbolçunun sağalmasına nə qədər vaxt lazım olacağı hələlik məlum deyil. Onun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin