“Barselona”nın qış transfer planı məlum olub

“Barselona” qış transfer pəncərəsi üçün əsas hədəfləri barədə qərar verib.

Komanda.az “90min”-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi sağ cinah müdafiəçisi və yarımmüdafiəçi mövqeləri üçün oyunçu almaqda maraqlıdır. “Barselona”nın heyətini təkmillərdirmək üçün hücumameyilli oyunçuya da ehtiyacı var.

Hücum xəttinə isə klub “Veles”in oyunçusu Canluka Prestiannini almağı düşünür.

Müdafiənin sağ cinahını gücləndirmək üçün “Barselona” “Jirona”dan Arnau Martinez variantını nəzərdən keçirir. Klub rəhbərliyi 20 yaşlı futbolçunun bu mövsümdəki çıxışına heyran qalıb.

“Tottenhem”in yarımmüdafiəçisi Covani Lo Çelso mərkəzi yarımmüdafiə zonasını gücləndirmək üçün Kataloniya təmsilçisinin siyahısında var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button