“Barselona” sabah iki futbolçunu qeydiyyatdan keçirməyi düşünür

“Barselona” Markus Reşford və Xuan Qarsiyanı sabah La Liqada rəsmi olaraq qeydiyyatdan keçirməyi hədəfləyir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya klubu əvvəlcə ispaniyalı qapıçını bu gün Mark-Andre ter Ştegenin zədəsinin uzunmüddətli olması barədə verdiyi tibbi rəyin ardından qeydiyyata salmaq istəyirdi. Ancaq indi hər iki oyunçunun qeydiyyatını eyni gündə açıqlamağı üstün tutur.

Reşfordun qeydiyyatı üçün ilkin plan La Liqa rəhbərliyinin “Kamp Nou”dakı VIP yerlərin satışı ilə bağlı müqaviləni təsdiqləməsi idi. Bu, kluba “birə-bir” maliyyə qaydasına uyğun olaraq Reşford, Voyçex Şesnı və Jerar Martin kimi oyunçuları qeydiyyata almağa imkan verəcəkdi. Ancaq La Liqa rəhbərliyi hələ də qərarını açıqlamayıb. Buna görə, “Barselona”nın İdarə Heyəti büdcə çatışmazlığını qarşılamaq üçün zərurət yarandığı halda 7 milyon avro məbləğində maliyyə zəmanətini təsdiqləyib.

Əslində bu addım transfer pəncərəsinin sonuna doğru atılmalı idi. Ancaq klub “Malyorka” ilə La Liqanın ilk tur matçının əhəmiyyətini və Robert Levandovskinin də daxil olduğu bir neçə əsas oyunçunun olmamasını nəzərə alaraq, prosesi irəlilədib.

İndi “Barselona”da ümid edirlər ki, məsələ bu gün həllini tapacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button