“Barselona”nın qapıçısının durumu məlum olub
Almaniya millisinin heyətində zədələnən “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen tibbi müayinədən keçib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, alman qolkiperin zədəsinin ciddi olmadığı məlum olub. Onun La Liqada noyabrın 25-də keçiriləcək “Rayo Valyekano”ya qarşı matçda meydana çıxması mümkündür. Lakin qapıçının oyunda iştirakı ilə bağlı yekun qərar onun yaxın bir neçə gün ərzində ağrılarının davam edib-etməməsindən asılı olacaq.
Almaniya millisində olarkən Ter Ştegen belində kəskin ağrılar hiss edib və bu səbəbdən, tibbi müayinədən keçmək üçün Barselonaya qayıdıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin