“Barselona”nın qapıçısı zədələndi

“Barselona”nın qapıçısı Neto zədələnib.

Komanda.az xəbər verir ki, 31 yaşlı qolkiper komandasının məşqi zamanı sıradan çıxıb.

Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Sağ ayaq biləyindən zədə alan futbolçunun zədəsinin nə dərəcədə ciddi olmasına ətraflı tibbi müayinələrdən sonra aydınlıq gələcək. Braziliyalı qolkiperin bərpa müddəti açıqlanmır.

Qeyd edək ki, Neto 2019-cu ildən “Barselona”da olsa da, çox forma şansı qazanmır. Çünki Kataloniya təmsilçisinin əsas qapıçısı Mark-Andre Ter Ştegendir. Braziliyalı qolkiper daha öncə “Valensiya”, “Yuventus”, “Fiorentina” və “Atletiko Paranaense”də də forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button