“Barselona”nın qapıçısı geri dönür

“Barselona”nın qapıçısı Xuan Qarsiyanın zədəsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı qolkiper növbəti qarşılaşmada – “Atletik”lə matçda komandasına kömək edə biləcək.

İspaniyalı futbolçu zədə səbəbindən sentyabrın sonundan bəri meydana çıxmayıb. O, cari mövsümdə bütün turnirlərdə 7 oyunda iştirak edib, 5 qol buraxıb və 3 matçda qapısını toxunulmaz saxlaya bilib.

“Barselona” noyabrın 22-də, La Liqanın 13-cü turu çərçivəsində evdə “Atletik”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button