“Barselona”nın qapıçısı AÇ-2020-ni buraxacaq
Futbol üzrə Almaniya yığmasının və İspaniyanın “Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegen bu yay keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcək.
Komanda.az xəbər verir ki, bunu 29 yaşlı qolkiper sosial şəbəkə hesabında açıqlayıb.
O, yaxın günlərdə dizindən əməliyyat olunacağını bildirib. Buna Kataloniya təmsilçisinin həkimləri qərar veriblər. Ter Ştegen bərpa prosesinin uzun sürəcəyini və bu üzdən Avropa çempionatını buraxacağını bildirib. Təcrübəli qolkiper buna görə məyusluğunu gizlətməsə də, azarkeşlik edəcəyi Almaniya yığmasının AÇ-2020-nin qalibi olacağına əminliyini ifadə edib.
Ter Ştegen bu mövsüm “Barselona”nın heyətində bütün turnirlər nəzərə alınmaqla 42 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin