“Barselona”nın transfer siyahısındakı 2 futbolçu

“Barselona” komandanın müdafiəsini və yarımmüdafiəsini gücləndirmək niyyətindədir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Ta və “Bayern”in yarımmüdafiəçisi Coşua Kimmixlə müqavilə imzalamağa hazırdır. “Barsa” almaniyalı futbolçuları klubları ilə müqavilələrinin bitəcəyi 2025-ci ilin yayında almaq istəyir.

“Barselona”nın niyyətini agenti artıq Taya bildirib. Bundan başqa, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik də “Bayern”də birlikdə çalışdığı Kimmixin komandaya gəlişində maraqlıdır.

Ta bu mövsüm bütün turnirlərdə 4 qarşılaşmada, Kimmix isə 3 matçda iştirak edib.

“Transfermarkt” portalı Tanı 30, Kimmixi 50 milyon avro dəyərində qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button