“Barselona”nın prezidentindən Qaviylə bağlı açıqlama
“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Qavinin yeni müqaviləsi ilə bağlı vəziyyətdən danışıb.
Komanda.az xəbər verir ki, Laporta bunları deyib:
“Qavinin yeni müqaviləsi ilə bağlı məsələ başa çatmaq ərəfəsindədir – biz son mərhələdəyik”.
Daha əvvəl bildirilirdi ki, Kataloniya klubu 17 yaşlı ispaniyalıya 2027-ci ilə qədər müqavilə təklif edir. Bura 1 milyard avroluq sərbəstqalma maddəsi də daxildir.
Qavi 2021-ci ildən “Barselona”nın əsas komandasında çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin