“Barselona”nın prezidentindən Messi və Albayla bağlı açıqlama
“Barselona”nın prezidenti Xosep Maria Bartomeu İspaniya mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, “Marka” nəşrinə danışan Bartomeu, Lionel Messi və Xordi Albayla yeni müqavilə imzalamaq istədiklərini deyib:
“Messi bizimlə davam edəcək, yeni müqavilə imzalayacağıq. O, klubun ən yaxşı futbolçusudur. Messi və “Barselona” arasındakı münasibətlər həmişə sıx olacaq.
Alba da bizimlə qalmaq istəyir. Ona yeni – 5 illik müqavilə təklif etmişik. Ümid edirəm ki, danışıqlarımız müsbət nəticələnəcək.
Baş məşqçimiz Ernesto Valverde inanıram ki, burda qalacaq. Onun bizimlə artıq ikinci mövsümüdür. Valverdenin komandaya yaxşı rəhbərlik edəcəyinə inanıram.”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin