
“Barselona”nın prezidentindən Fliklə bağlı paylaşım
“Barselona”nın prezidenti Xuan Laporta komandanın baş məşqçisi Hans-Diter Flikin təyinatı ilə bağlı maraqlı məlumat paylaşıb.
Komanda.az “BarcaTimes”-a istinadən xəbər verir ki, o, Flikin baş məşqçi təyin olunması qərarını klubun idman direktoru Dekunun verdiyini bildirib:
“Bu qərar Deku tərəfindən qəbul olunub. Flikin “Barselona”nın baş məşqçisi olacağına qərar verən şəxs o idi. Bu, Dekunun qərarıdır”.
Flik kataloniyalıların “sükanı arxasına” keçən yay keçib. Onun komandası 33 turdan sonra 76 xalla İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir.
Almaniyalı mütəxəssisin gəlişindən sonra “Barselona” mühüm uğurlar qazanıb. Komanda ötən günlərdə ölkə kubokunun finalında əsas rəqibi “Real”ı məğlub etməklə (3:2) yanaşı, UEFA Çempionlar Liqasının yarımfinalına da vəsiqə qazanıb. Kataloniyalılar burada evdə Milan “İnter”i ilə qarşılaşacaq. Matçın start fiti aprelin 30-da, saat 23:00-da səslənəcək.
Bizi Facebook-da izləyin



