“Barselona”nın prezidentindən de Yonq haqda açıqlama

“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Frenki de Yonqun gələcəyi haqda danışıb.

Komanda.az xəbər verir ki, klub rəhbəri, 25 yaşlı niderlandlı futbolçu üçün bir neçə təklif aldıqlarını bildirib:

“Frenki bizim oyunçumuzdur, biz onu çox sevirik. “Barselona” de Yonq üçün bir neçə təklif alsa da, hələ ki, qəbul etməyib. Biz Frenki ilə danışmaq və onun nə istədiyini dəqiq bilmək istəyirik. Onun vəziyyətinin bəzi məqamlarına aydınlıq gətirməliyik”.

De Yonq ötən mövsüm kataloniyalıların heyətində 45 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button