“Barselona”nın prezidentindən Niko Uilyams açıqlaması

“Barselona”nın prezidenti Xuan Laporta “Atletik”in vingeri Niko Uilyamsın mümkün transferi ilə bağlı açıqlama verib. O bildirib ki, klub futbolçunun transferi üçün lazım olan təzminat məbləğini ödəməyə hazırdır.

“Atletik” rəhbərliyi daha əvvəl “Barselona”nın maliyyə əməliyyatları ilə bağlı La Liqa rəhbərliyinə və İspaniya Futbol Federasiyasına rəsmi şəkildə müraciət edərək, audit tələbi irəli sürmüşdü. Onlar Kataloniya klubunun “birə-bir xərcləmə qaydası”na uyğun olmadığını iddia edirlər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Laporta bu ittihamlara münasibət bildirərək, “Barselona”nın bazar imkanlarından yararlandığını və hüquqi çərçivədə hərəkət etdiyini deyib:

“Qoy hər kəs öz bildiyi kimi hərəkət etsin. Biz işimizi görürük, transfer bazarındakı imkanlardan yararlanırıq və idman direktorumuzla baş məşqçimizin tövsiyələrinə əsaslanırıq. Əlavə deyəcək bir sözüm yoxdur. “Atletik” öz maraqlarını necə istəyirsə, elə də qorusun. Biz də onlara hörmətlə yanaşırıq və eyni münasibəti onlardan gözləyirik. Bazarda təzminat ödəməklə bağlı bir fürsət yaranarsa, “Barselona” bunu etməyə tam hazırdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button