“Barselona” 500 milyon avroluq kredit götürdü
“Barselona”nın prezidenti Xuan Laporta klubun iqtisadi gücünü artırmaq məqsədiylə kredit götürüb.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Laporta, dünyanın nüfuzlu investisiya banklarından olan “Goldman Sachs”dan 500 milyon avro kredit götürüb.
“Barselona” klubunun 1,2 milyard avroya yaxın borcu olduğu iddia edilir.
“Barselona” La Liqada sona bir tur qalmış 3-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin