“Barselona”nın prezidenti Xavinin qərarını dəyişməsini istəyir
“Barselona”nın prezidenti Xuan Laporta baş məşqçi Xavinin bu yay komandanı tərk etməyəcəyini gözləyir.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, klub prezidenti Xavi ilə söhbətində 2024/25 mövsümünün sonuna qədər əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib. Laportanın fikirlərini kataloniyalıların vitse-prezidenti Rafa Yuste də bölüşüb. Hər iki klub rəsmisi baş məşqçinin işindən çox razıdır və o, qərarını dəyişsə, hər şeyin yaxşı olacağına inanırlar.
Xavi cari mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlayıb.
44 yaşlı mütəxəssis 2021-ci ilin noyabrında komandanın “sükanı arxasına” keçib. “Barsa” onun rəhbərliyi altında 2022/23 mövsümünün İspaniya çempionu olmaqla yanaşı, ölkə superkubokunu da qazanıb.
Bizi Facebook-da izləyin