“Barselona”nın prezidenti onun transferi üçün əlindən gələni edəcək

“Barselona”nın prezidenti Xuan Laporta AÇ-2024-də İspaniya millisinin ən parlaq oyunçularından olan “Atletik”in hücumçusu Niko Uilyamsın transferini həyata keçirmək üçün əlindən gələni edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” 58 milyon avro müqabilində Uilyamsın transferi üçün ciddi şəkildə mübarizə aparmaq niyyətindədir.

Uilyams dünən Avropa çempionatının 1/8 finalında Gürcüstan millisi ilə oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

22 yaşlı hücumçunun xidmətində “Arsenal” və “Çelsi” kimi İngiltərə klubları da maraqlıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button