
“Barselona”nın prezidenti narazıdır – Agentin davranışından
“Barselona”nın prezidenti Xuan Laporta komandanın yarımmüdafiəçisi Qavinin agentindən narazıdır.
Komanda.az xəbər verir ki, Laporta agentin danışıqları yubatmasından gileylənib:
“Qavinin agenti müqavilənin yenilənməsini hər vəchlə yubatmağa çalışır. Bunu nəyə görə etdiyini anlaya bilmirik. Gözləməkdən başqa bir şey edə bilmərik”.
17 yaşlı yarımmüdafiəçi 2021-ci ildən “Barselona”nın əsas komandasında çıxış edir. Qavi ötən mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə verib. O, ötən ildən İspaniya millisinə də çağırılır.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin