“Barselona”nın prezidenti məşhur menecerlə görüşüb – Halanda görə
“Barselona” klubunun prezidenti Xuan Laporta və futbol meneceri Mino Raiola Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın mümkün transferini müzakirə edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Laportanın Halandın meneceri Rayola ilə görüşü fevralın 16-da, Monakoda baş tutub. Klub prezidenti ilə tanınmış menecer digər məsələlərlə yanaşı, norveçli forvardın mümkün transferini müzakirə edib. Görüşdə “Barselona”nın beynəlxalq məsələlər üzrə sektorunun direktoru Jordi Kroyff da iştirak edib.
“Barselona” bu ilin yayında Halandı transfer etmək istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin