
“Barselona”nın prezidentindən Fati haqda açıqlama
“Barselona”nın prezidenti Xuan Laporta komandanın futbolçusu Ansu Fati ilə bağlı açıqlama verib.
22 yaşlı hücumçu bu mövsüm kataloniyalıların heyətində 11 oyuna çıxıb, heç bir qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Laporta, ispaniyalı futbolçunun gələcəyi ilə bağlı qərarın hələ verilmədiyini, ancaq oyun praktikasının onun üçün vacib olduğunu vurğulayıb:
“Biz istəyirik ki, o oynasın. Fati komanda daxilində sevilir, “La Masiya”nın digər yetirmələri kimi. Amma o, mütləq şəkildə oynamalıdır. Baxaq, elə bir qərar verə biləcəyikmi ki, həm onun, həm də “Barselona”nın xeyrinə olsun”.
Fati hazırda əsas heyətdəki mövqeyini bərpa etməkdə çətinlik çəkir və onun gələcək taleyi yay transfer pəncərəsində müəyyənləşə bilər.
Bizi Facebook-da izləyin