
“Barselona”nın prezidenti etiraf etdi: “Real”la münasibətlərimiz çox da yaxşı deyil”
“Barselona”nın prezidenti Xuan Laporta klubun “Real”la münasibətindən danışıb.
Komanda.az xəbər verir ki, Laporta “Catalunya Radio”-ya müsahibəsində əzəli rəqibləri ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Biz “Real”la heç vaxt evlənməmişik, ona görə də boşanmaqdan söhbət gedə bilməz.
Onların “Neqreyra işi”nə qarışdıqları üçün münasibətlərimiz çox da yaxşı deyil: aidiyyatı olmayan və inandırıcı olmayan faktlara istinad edirlər. İşin açılması onların marağına səbəb olub. Biz bunu bəyənmirik və vəziyyət gərgindir. Biz əbədi rəqibik və buna hörmət edirik.
Mayamidə keçirilməsi planlaşdırılan “Vilyarreal”la matçı gündəmə gətirmək istəməzdim. Biz əvvəldən İspaniya Futbolçular Assosiasiyasının və digər klubların müqaviməti ilə üzləşdik. Düşünürəm ki, bu matç La Liqada saxtakarlıq yaratmazdı”.
Xatırladaq ki, 2023-cü ildə “Barselona” rəhbərliyi Texniki Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti, İspaniya Kral Futbol Federasiyasında çalışmış Xose Mariya Henrikes Neqreyraya ödənişlərdə rüşvət verməkdə ittiham olunub. Məhkəmə 2001-2018-ci illər arasında “Barselona”dan Neqreyraya bir neçə milyon avro ödənilməsini cinayət hesab edib.
Bizi Facebook-da izləyin



