
“Barselona”nın prezidenti: “Azərbaycanda olmaqdan məmnunam”
İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta Bakıya gəlib.
Komanda.az xəbər verir ki, klub prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə ölkəmizə səfər edib.
Laportanı hava limanında idman ictimaiyyəti və media mənsubları qarşılayıblar.
O dəvətə görə Azərbaycana təşəkkür edib:
“Bakıya sammitə görə gəlmişəm. Ölkənizdə olmaqdan məmnunam. Azərbaycana təşəkkür edirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin