“Barselona”nın prezidenti: “Uilyamsı almağa pulumuz var”
“Barselona”nın prezidenti Xuan Laporta “Atletik”in və İspaniya millisinin vingeri Niko Uilyamsın mümkün transferi ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri ispaniyalı futbolçunu bəyəndiklərini bildirib:
“Bu oyunçunu bəyənirik. Klubun bu gün bu transferi etməyə pulu var. Bu, son illərdə görülən işlərin sayəsindədir. Biz o həddə çatmışıq ki, bu səviyyədə futbolçunu əldə etməyə imkanımız çatır”.
21 yaşlı vingerin transfer dəyəri 60 milyon avro qiymətləndirilir. Uilyamsın “Atletik”lə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir. O, hazırda AÇ-2024-də İspaniya millisində çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin