Pedri ilə yeni müqavilə bağlanmasına nə mane olur?

“Barselona”nın rəhbərliyi ispaniyalı yarımmüdafiəçi Pedri ilə yeni müqavilə bağlamaq istəyir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu maliyyə çətinlikləri səbəbindən sövdələşməni yekunlaşdıra bilmir. Tərəflər arasındakı mövcud müqavilə 2026-cı ilin yayında başa çatacaq.

Pedri bu mövsüm “Barselona”nın 6 oyununda iştirak edib və 2 qol vurub.

Hans-Diter Flikin komandası İspaniya çempionatının 5 turundan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button