
“Barselona”nın isveçli futbolçu ilə anlaşmasının maliyyə detalları məlum olub
“Barselona”nın “Kopenhagen”in 19 yaşlı vingeri Runi Bardqinin transferi ilə bağlı maliyyə detalları məlum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər iyulun əvvəlində transferi rəsmiləşdirməyi planlaşdırır.
“Barselona” Bardqi üçün 2,5 milyon avro ödəyəcək. Danimarka klubu onun gələcək satışından 15 faiz pay almaq hüququnu da saxlayacaq.
İsveçli futbolçu 2024/25 mövsümündə önəmli zədə səbəbindən (dizində çarpaz bağların qopması) Danimarka Super Liqasında cəmi 5 oyunda iştirak edib. O, əvvəlki mövsümdə (2023/24) isə 23 oyuna çıxaraq, 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



