
ÇL: “Barselona”nın növbəti mərhələyə yüksəlməsi təsadüfi deyil”
“Benfika”nın baş məşqçisi Bruno Lage komandasının UEFA Çempionlar Liqasının 1/8 finalında “Barselona”ya məğlubiyyətini şərh edib.
Komanda.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında “Barselona”nı təbrik etmək istədiyini söyləyib:
“Möhtəşəm oyun keçirən “Barselona”nı təbrik etmək istəyirəm. Bu, çox güclü komandadır, onun məşqçisinin böyük təcrübəsi var. “Barsa” matça əla hazırlaşdı və bizə hörmət göstərdi. Onların növbəti mərhələyə yüksəlməsi təsadüfi deyil”.
Lissabonlular cavab matçında səfərdə 1:3 hesabı ilə məğlub olub. İlk görüşdə də qələbə “Barsa”nın xeyrinə olub – 1:0.
“Barselona”nın növbəti rəqibi Dortmund “Borussiya”sı və “Lill” cütünün qalibi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



