“İşləməyə vaxtım olmadı” – “Barselona”nın çalışdırıcısı
“Barselona”nın müvəqqəti baş məşqçisi Sergi Barjuan La Liqanın 12-ci turunda “Alaves”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, “Marca”ya danışan Barjuan, 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“İşləməyə vaxtım olmadı. Ümumilikdə, “Barselona” oyuna nəzarət edirdi. Yaxşı qol imkanlarımız var idi. Fasilədən sonra qolu da vura bildik. Lakin bir futbolçunun axsamasına görə rəqib qol vurdu. Sonrasında da imkanlarımızı dəyərləndirə bilmədik. Göründüyü kimi, oyunumuzun qarşılığını ala bilmədik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin