“Bu nəticədən dərs çıxarmalıyıq, başqa yolumuz yoxdur” – Barjuan

“Barselona”nın müvəqqəti baş məşqçisi Sergio Barjuan La Liqanın 12-ci turunda “Selta”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Barjuan, 3:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Təəssüf ki, ilk səfər oyunumdan qələbə ilə dönə bilmədik. Hər şey bizə əks oldu. İstədiyimiz kimi oynaya bilmədik. Heyətimizdə itkilər oldu. Rəqibə təzyiq göstərməkdə çətinlik yarada bilmədik. Sonradan meydana daxil olan futbolçular özlərini yaxşı göstərə bilmədilər. Bu nəticədən dərs çıxarmalıyıq, başqa yolumuz yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button