
“Barselona”nın müdafiəçisi millidən kənarlaşdırılıb
“Barselona”nın müdafiəçisi İniqo Martinesin dizində problem var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu sağ dizindəki perimenissit (menisküs ətrafının iltihabı) səbəbindən qarşıdakı oyunlar üçün İspaniya millisinin heyətindən kənarlaşdırılıb. Milli komandanın baş məşqçisi Luis de la Fuente onun yerinə “Bornmut”dan Dekan Heyseni çağırıb.
İspaniya millisi martın 20-də və 23-də UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Niderland yığması ilə iki görüş keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


