
“Barselona”nın müdafiəçisi zədələnib
“Barselona”nın müdafiəçisi Pau Kubarsi UEFA Çempionlar Liqasının “Nyukasl”la oyununda (2:1) zədələnərək əvəzlənib.
18 yaşlı futbolçu 69-cu dəqiqədə yerini Andreas Kristensenə verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu əvəzləmə ehtiyat xarakteri daşıyıb. Kubarsi ciddi xəsarət almayıb, sadəcə narahatlıq hiss edib.
“Barselona”nın qələbəsini Markus Reşfordun dublu təmin edib. Hans-Diter Flikin komandası La Liqanın 5-ci turunda, sentyabrın 21-də doğma meydanda “Xetafe” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



