“Barselona”nın müdafiəçisi “Atletiko” ilə anlaşıb
“Barselona”nın 33 yaşlı müdafiəçisi Markos Alonso “Atletiko” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Komanda.az “Cadena SER”-ə istinadən xəbər verir ki, hazırda bu razılaşma tam bitməyib. Başqa bir klubdan daha sərfəli təklif gəlsə, Alonsonun “Atletiko”ya keçidi pozula bilər.
Alonso bu mövsüm bütün turnirlərdə 7 matçda iştirak edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin