“Barselona”nın futbolçusu 3 həftə olmayacaq

“Barselona” omba nahiyəsindən zədə alan yarımmüdafiəçisi Fermin Lopesin sağalma vaxtını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu təxminən üç həftə müalicə alacaq. 21 yaşlı yarımmüdafiəçi İspaniya çempionatının cari mövsümündə 3 oyun keçirib.

“Barselona” La Liqanın son matçında “Valyadolid”i 7:0 hesabı ilə darmadağın edib. Hans-Diter Flikin yetirmələri 4 turdan sonra 12 xalla turnir cədvəlinə başçılıq edirlər.

“Barselona” növbəti oyununu sentyabrın 15-də səfərdə “Jirona”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button