“Barselona”nın futbolçusu üçün mövsüm bitdi

“Barselona”nın yarımmüdafiəçisi Serxi Roberto yenidən zədələnib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Roberto zədəsini tam sağaltmamış növbəti dəfə xəsarət alıb.

Məşq zamanı zədələnən oyunçu təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu səbəbdən, artıq onun üçün mövsüm bitib.