“Barselona”nın maraqlandığı hücumçu ilə yeni müqavilə

İspaniyanın “Selta” klubu futbolçusu Yaqo Aspasın müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi 31 yaşlı hücumçuyla müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İspaniya millisinin də formasını geyinən Aspasın əvvəlki müqaviləsinin müddəti 2021-ci ilin yayına qədər idi.

Aspas bu mövsüm La Liqada 21 qarşılaşmada iştirak edərək, 15 qol vurub.

İspaniya mətbuatı hücumçuyla “Barselona”nın yaxından maraqlandığını iddia edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button