“Barselona”nın marağı Portuqaliya klubunu hərəkətə gətirdi

Lissabon “Sportinq”i müdafiəçisi Qonçalo İnasionu komandada saxlamağa qərarlıdır.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçuya “Barselona” tərəfindən artan maraq Lissabon təmsilçisini hərəkətə gətirib.

Klub İnasioya müddəti 2030-cu ilə qədər olan yeni müqavilə təklif etməyə hazırlaşır. Yeni razılaşmada onun transfer qiymətini qorumaq məqsədilə 80 milyon avroluq sərbəstqalma maddəsi (“buyout clause”) yer alacaq.

Portuqaliyalı futbolçu bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button