“Barselona”nın məni transfer etmək istəməsinə təəccüblənmədim” – Tadiç
Qış fasiləsində adı “Barselona” ilə yanaşı çəkilən “Ayaks”ın hücumçusu Duşan Tadiç açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, serbiyalı futbolçu, məsələylə bağlı bunları deyib:
“Barselona”nın məni transfer etmək istəməsinə təəccüblənmədim. Çünki özümə inanıram və möhtəşəm bir mövsüm keçirirəm. Əvvəllər də bir neçə dəfə bununla bağlı dnaışmışam. “Ayaks” mənim klubumdur və burdan ayrılmaq üçün heç bir səbəbim yoxdur. İstədiyim hər şeyə sahibəm və klubla müqaviləmi 2026-cı ilə qədər uzatmağı planlaşdırıram”.
2018-ci ildən “Ayaks”ın şərəfini qoruyan futbolçunun klubla hazırkı müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin