“Barselona”nın Dias üçün planı var

“Barselona”nın əsas transfer hədəflərindən olan Luis Diasın keçidi maliyyə çətinliklərinə görə hələlik reallaşmır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 28 yaşlı vinger üçün “Liverpul”un tələb etdiyi məbləğin azaldılacağına ümid edir.

“Barselona” artıq “Liverpul”un “Real”da çıxış edən Rodriqonu transfer etmək istəyindən xəbərdardır. “Qırmızılar” braziliyalı hücumçunu heyətinə qatmaq üçün əvvəlcə bir neçə oyunçunu satmalı olacaq. Kataloniyalılar bu səbəbdən, “Liverpul”un Diası daha münasib qiymətə buraxmağa razı olacağını düşünür.

“Transfermarkt” portalı Luis Diası 70, Rodriqonu isə 90 milyon avro dəyərində qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button