“Barselona”nın Kumanla bağlı qərarı rəsmən açıqlandı
İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta komandanın baş məşqçisi Ronald Kumanın klubdakı gələcəyinə aydınlıq gətirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında niderlandlı mütəxəssisin yeni mövsümdə də komandanı çalışdıracağını bildirib.
Daha əvvəl İspaniya mətbuatı 58 yaşlı məşqçi ilə iki illik müqavilə imzalanacağını yazmışdı.
Kuman 2020-ci ilin avqustundan komandaya rəhbərlik edir. Onun Kataloniya klubu ilə gələn ilin yayına qədər müqaviləsi olsa da, istefaya göndəriləcəyi haqda xəbərlər yayılmışdı.
“Barselona” Kumanın rəhbərliyi altında geridə qalan mövsümdə yalnız İspaniya kubokunu qazanıb. UEFA Çempionlar Liqasının 1/8 finalında PSJ ilə bacarmayan Kataloniya təmsilçisi, La Liqada da çempion “Atletiko” və “Real”ın ardından üçüncü yeri tutub.
Bizi Facebook-da izləyin