“Barselona”nın keçmiş müdafiəçisi “Roma”ya keçə bilər
“Vulverhempton”un müdafiəçisi Nelson Semedo “Roma”ya keçə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Roma klubunun rəhbərliyi futbolçunun komandanın oyun üslubuna mükəmməl uyğunlaşacağına inanır.
Portuqaliyalı müdafiəçi daha əvvəl, 2017-2020-ci illərdə “Barselona”da çıxış edib.
Semedo bu mövsümün sonunda azad agent kimi “Roma”ya keçə bilər. Onun “Vulverhempton”la müqaviləsi 2023-cü ilin iyunun sonunda başa çatır.
29 yaşlı futbolçu bu mövsüm İngiltərə klubunun heyətində 32 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin