Keçmiş futbolçu “Barselona” rəhbərliyini tənqid etdi

“Barselona”nın keçmiş müdafiəçisi Jerar Pike klub rəhbərliyini tənqid edib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, ispaniyalı sabiq futbolçu keçmiş komandasının indiki drumuna münasibət bildirib:

“Barselonalılar həqiqəti bilmək istəyirlər. Edə bilməyəcəyiniz şey tüstü satmaq və klubun Çempionlar Liqasını qazanacağını söyləməkdir, sonra yarışmağa pulunuz olmayacaq. Klubun indiki vəziyyətini bilmirəm, o qədər də yaxşı görünmür. “Qulaq asın, burada bir qəpik də yoxdur və yaxın iki-üç ildə biz akademiyanın tam gücü ilə işləyəcəyik” desəz, insanlar başa düşəcəklər”.

“Barselona” hazırda La Liqada 58 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Kataloniyalılar lider “Real”dan 8, “Jirona”dan isə 1 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button