“Barselona”nın sabiq idman direktoru “Real”ı ələ saldı

“Barselona”nın keçmiş idman direktoru Toni Freyxa “Real”ın hakimlərə təsir etmək cəhdlərini “dövlət çevrilişi” adlandırıb.

Əvvəlcə Madrid klubunun nümayəndələri Texniki Hakimlər Komitəsinin (CTA) ofisini ziyarət edərək “Espanyol”la (0:1) La Liqa oyununda hakimlər arasında keçən danışıqları dinləyiblər.

Həmçinin, “Osasuna” ilə “Real” (1:1) arasında keçirilən oyunun baş hakimi Xose Munuera Montero, Çud Bellingemi qırmızı vərəqə ilə cəzalandırıb və rəqib komandanın xeyrinə penalti təyin edildikdən sonra sosial şəbəkədə təhqir və təhdidlərə məruz qalıb.

Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, “Barselona”nın keçmiş idman direktoru “Real”ın Texniki Hakimlər Komitəsinin prezidentini sevmədiyini bildirib:

“Onlar CTA prezidentini sevmirlər. Onları dairəvi top qane edirmi? Bəlkə, onu oval edək? Düzbucaqlı qapıları sevirsiz, yoxsa onları dairəvi etmək istərdiz? CTA prezidentini assambleya tərəfindən demokratik yolla seçilən İspaniya Kral Futbol Federasiyasının prezidenti təyin edir. Bütün bunlara qarşı çıxırsansa, deməli, dövlət çevrilişi etmiş olursan. Bu, “Real”ın sponsorluq və rəhbərlik etdiyi İspaniya futboluna qarşı dövlət çevrilişidir. “Real” “Espanyol”la oyundakı hakimlikdən şikayət edir. Guya “Real”la bağlı qərarlar rəqabətin saxtalaşdırılması səviyyəsinə çatıb ki, buna göz yummaq olmaz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button