“Messi mənə oğul kimidir, onun komandada qalmasına çox sevindim” – Eto
“Barselona”nın keçmiş hücumçusu Samuel Eto AS nəşrinə açıqlama verib.
Komanda.az xəbər verir ki, kamerunlu keçmiş futbolçu, sabiq komandasının hazırkı durumundan danışıb:
“Barselona” yeni mövsümün çempionu olacaq. Messi mənə oğul kimidir, onun komandada qalmasına çox sevindim. Amma buna baxmayaraq, yenə də “Barselona”nın yüksək keyfiyyətli oyunçulara ehtiyacı var.
“Real”da çıxış edən Eden Hazard Messi səviyyəsində futbolçudur. “Barselona”nın adına, oyun üslubuna uyğun futbolçular lazımdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin