“Barselona”nın keçmiş futbolçusunun İngiltərədən 2 “elçi”si var

“Barselona”nın sabiq yarımmüdafiəçisi Serxi Roberto karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçunun xidmətində “Vest Hem” və “Aston Villa” klubları maraqlıdır.

32 yaşlı futbolçu iyulun əvvəlində azad agent olub. Onun transfer dəyəri 2,5 milyon avro qiymətləndirilir.

Serxi Roberto İspaniya çempionatının ötən mövsümündə 14 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. O, 2010-cu ildən “Barselona”da çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button