“Barselona”nın keçmiş futbolçusu Rusiyadan təklif gözləyir

“Barselona”nın keçmiş futbolçusu və idman direktoru Erik Abidal Rusiyada işləməyə razılaşacağını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı keçmiş müdafiəçi iş təklifi üçün Rusiyadan onunla əlaqə saxlanmasını arzuladığını deyib:

“Niyə də yox? Amma Rusiyadan heç bir təklif almadım. “Barselona”da işləyəndə Mirançuku izləmək üçün Rusiyaya getmişdik. “Lokomotiv”lə, tibb şöbəsi ilə danışdıq. Rusiyada gördüklərim yaxşı idi. İstərdim ki, bu böyük addımı atmaq üçün mənimlə əlaqə saxlasınlar”.

Abidal 2018-2020-ci illərdə “Barselona”da idman direktoru vəzifəsində çalışıb. Onu bu vəzifədə köməkçisi olan Ramon Planes əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button