“Baş məşqçi olmaq istəyirəm” – İnyesta
“Barselona”nın keçmiş futbolçusu, hazırda “Vissel Kobe”də forma geyinən Andres İnyesta maraqlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi, baş məşqçi olmaq istədiyini deyib:
“Həyatımın bir nöqtəsində “Barselona”ya qayıtmaq istəyirəm. Amma indi bu, sadəcə bir fikir olaraq qalır. Klubumla iki illik müqaviləm var və bu müddətdə burda davam edəcəyimi düşünürəm. Bu müddət bitdikdən sonra baş məşqçi olmaq istəyirəm”.
İnyesta 22 il “Barselona”da forma geyindikdən sonra 2018-ci ildə “Vissel Kobe”yə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin