“Bilirdim ki, nə olursa olsun, onu “Barselona”ya gətirməliyəm”

“Barselona”nın keçmiş agenti Xosep Maria Minquella Argentina millisinin əfsanəvi hücumçusu Dieqo Maradonanı Kataloniya komandasına necə dəvət etdiyindən danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, “Argentinos Xuniors” klubunun keçmiş prezidenti Dominqo Tesone ilə danışıqlar apararkən argentinalı futbolçuya xüsusilə heyran olduğunu bildirib:

“Maradonanın topa toxunma tərzinə aşiq oldum və bilirdim ki, nə olursa olsun, onu “Barselona”ya gətirməliyəm”.

Eyni zamanda, agent, danışıqlar zamanı Tesonenin silahını masanın üstünə qoymasından söz açıb.

Maradona klub karyerası ərzində 492 oyun keçirib və 258 qol vurub. Mərhum futbolçu Argentina millisində 91 oyunda 34 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button