“Barselona”nın Karrasko planı
“Barselona” “Atletiko”nun futbolçusu Yannik Ferreyra Karrasko ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “hindular” 29 yaşlı futbolçunu 15 milyon avro müqabilində Kataloniya klubuna satmağa hazırdır.
Hazırda “Osasuna”da icarə əsasında çıxış edən sol cinah yarımmüdafiəçisi Abde Ezzalzouli də cari mövsümün sonunda “Barsa”ya qayıdacaq.
21 yaşlı futbolçunun agenti Jorje Mendeş artıq İngiltərə Premyer Liqasında onun üçün klub axtarır. “Barselona” Abdeni sərfəli qiymətə sata bilsə, əldə olunan gəliri Karraskonun keçidi üçün xərcləyə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin